Xocalı soyqrımı məktəbin foyesində, sinif otaqlarında və kitabxanada yad edildi

    Məktəbin  fəaliyyət planına uyğun olaraq Xocalı faciəsinin 32-ci il dönümü ilə əlaqədar olaraq məktəbin foyesində, kitabxanasında və sinif otaqlarında Xocalı soyqrımı qurbanları yad edildi. Məktəbin foyesində “Ana harayı” abidəsinin maketi hazırlandı, sinif otaqlarında ilk dərslər Xocalı faciəsinə həsr olundu və Xocalı qurbanlarıının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərə faciə haqqında məlumat verən müəllimlər şagirdlərin nəzərinə çatdırdı ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Şagirdlər faciə ilə bağlı topladıqları məlumatları və çəkdikləri rəsm əsərlərini müəlimlərinə təqdim etdilər.  Şagirdlər həmçinin  foyedə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş stendin önünə qərənfillər düzərərk faciə qurbanlarının xatirəsini yad etdilər.

  Allah rəhmət eləsin !!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi