2 Fevral "Gənclər Günü"

    Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. 02.02.2024 tarixində 2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq məktəbdə də  məktəbin fəal gəncləri ilə görüş keçirildi. Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan müəllim fəxri qonaq qismində iştirak etdi. Görüşdə həmçinin sinif rəhbərləri, məktəb psixoloqu və məktəb rəhbərliyi iştirak etdi və təhsildə uğur qazanan, məktəbin ictimai işlərində fəal iştirak edən, öz nümunəvi davranışı ilə seçilən gəncləri  2 Fevral Gənclər Günü münasibətilə onları təbrik etdilər. Daha sonra təşəkkürnamə və qeyd dəftəri  təqdim edərək onlara uğurlar arzu etdilər. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi