Ötən ilin son gecəsi

 29 dekabr 2023-cü il tarixində məktəbimizdə 31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə "Ötən ilin son gecəsi" adlı  tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird kollektivi iştirak edirdi.  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün xanım Əzizova 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırdı. Dünya  Azərbaycanlılarının həmrəylik gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Aygün xanım  qeyd etdi ki, 31 Dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir.

    Tədbirdə şagirdlər müxtəlif səhnəciklərlə  çıxış  ediblər. Milli rəqslərlə yanaşı müxtəlif rəqs nömrələri, şeirlər və mahnılar ifa olunub, oyunlar təşkil edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi