Qardaş xalqların həmrəyliyi

     Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbdə dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar “Qardaş xalqların həmrəyliyi” adlı möhtəşəm müsabiqə keçirildi. Məktəb  rəhbərliyinin  təşkil etdiyi  respublikamıza qardaş ōlkələrin təqdimatı müsabiqəsi ,ibtidailərin təqdimatında daha mőhtəşəm gőründű. Məktəbin direktoru Aygűn Əzizova,icra nűmayəndəsi Mehriban xanım,təlim -tərbiyyə rəhbəri  Samirə Həsənova və Alimə Seygullayeva ,təşkilatçı Nəzrin Vəkilova, UBTR İlhamə Əsədova  münsif qismində iştirak edərək şagirdlərin rəngarəng çıxışlarını diqqətlə izləyərək alqışladılar. Hər ölkəni təmsil edən sinif ,onlara məxsus geyim,təqdimat,şeir,mahni ilə çıxış  edərək tədbir iştirakçılarına xoş ovqat bəxş etdilər. Vətənpərvərliyi,xűsusilə qalib ordunun qalib komandanı cənab İlham Əliyevin bəxş etdiyi Zəfərimizi dőnə-dőnə xatırlayaraq ,hər őlkəyə qucaq açan dost,qardaş Azərbaycanın sədaqəti,səmimiyyəti vurgulanan tədbirdə, xüsusi stendlər,őlkələrə məxsus təamlar,artibutlar ,səhnəni daha da canlandırırdı.Műnsif kimi Aygün xanım hər nőmrənin sonunda fikir bildirir ,şagirdlərlə şəkil çəkdir,onları xoş sőzlərlə daha da ruhlandırırdı. 20-25 dəqiqə vaxt çərçivəsində çıxış edən Gűrcűstan, Bolqarıstan, Misir, Türkiyə,Çin və s.  kimi ōlkələri təmsil edən şagirdlərimizin  műəllimələri şagirdlərin uğurlu çıxışlarının nəticələrini həyəcanla izləyirdilər. 31 dekabr ůműmdűnya həmrəylik gűnű ərəfəsində təşkil olunan bu tədbir şagirdlərin dűnyagōrűşlərinin artırılması,dostluq,həmrəylik çagırışı, hələ uzun műddət bu balaca fidanların yaddaşlarında yaşayacaq.
 Bir daha məktəb adından bütün Azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi