Şəhidimizin anım günü

    “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.  Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Vətən müharibəsinin şəhidlərindən olan Əliyev Malik Təvəkkül oğlunun anım günü 26 dekabr tarixindədir. Məktəbin 3 A sinfi şəhidimizin adını daşıyır. Müəlim Paşayeva Zəhranın rəhbərliyi ilə 3 A sinfi şəhidin anım günü ilə əlaqədar şəhidin məzarını ziyarət etdilər. Şəhidin məzarı önünə əkililər qoyub, ruhuna dualar oxudular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi