Reyhan Yusifqızı ilə görüş

   Kompüterin imkanlarının daha da artdığı bir dövrdə geniş biliklərin yaranmasında, dünyada baş verən hadisələr haqqında hər zaman köməyimiz olan kitabları da uutmaq olmaz. Kitab təkcə intelektual səviyyənin yüksəlməsində rol oynamır, həm də nitq qabiliyyətinin düşüncə tərzinin formalaşmasında mühüm rola malikdir. Məktəb şagirdlərini, yeniyetmələri kitab oxumağa, mütaliəyə cəlb etmək məqsədi ilə 18 dekabr sevimli uşaq yazıçısı Reyhan Yusifqızını məktəbimizə dəvət etdik. Məktəbin rəhbərliyi Aygün xanım Əzizovanın da iştirak etdiyi bu görüş şagirdlər tərəfində çox həvəslə qarşılandı. Elmi-kütləvi uşaq hekayələri, fantastik povestlər müəllifi kimi tanınan Reyhan Yusifqızının gəlişi şagirdlər tərəfindən çox həvəslə və maraqla qarşılandı. Kitabxanada təşkil olunmuş bu görüşdə əvvəlcə 7 E sinif şagirdi Həmidova Nurayın yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi və daha sonra yazıçı haqqında video-çarx nümayiş olundu. Şagirdlərin yazıçıya verdiyi suallar çox maraqlı və diqqətəlayiq idi. 3 D sinif şagirdlərinin söylədikləri "Tələtin sirri" poeması xüsusi ilə alqışlandı. Şagirdlərin oxuduqları əsərlər barəsiəndə bir-birindən fərqli, səmimi fikirləri Reyhan xanım tərəfindən müsbət qarşılandı. Kitabxanada kitabların əhatəsində olan bu görüş çox təqdirəlayiq qiymətləndirildi. Reyhan xanım sonda çıxış edərək öz minnətdarılığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi