Qanlı Yanvara həsr olunmuş " Yenilməz Azərbaycan" mövzusunda nümunəvi tədbir

    20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. 20 Yanvar faciəsininotuz dördüncü  ildönümü ərəfəsində 269 nömrəli məktəb də bu tarixi dərin hüznlə andı. Anım mərasimində iştirak edən müəllim və şagird kollektivi "Yenilməz Azərbaycan"  adlı tədbiri izlədilər. Tədbirdə həmçinin 1 nömrəli UGİM- " Bədii - ədəbi yaradıcılıq" şöbəsinin metodistləri  Ağayeva Vəfa və Yusifova Yeganə xanımda tədbirdə fəxri qonaq qismində iştirak etdilər.  Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Tədbir aparıcıların yanvar faciəsi haqqında verdiyi məlumatla açıq elan olundu. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqiliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi