ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

Bakı şəhəri Xətai rayonu R.Məmmədov adına 269 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar  tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Aygün Əzizova , direktor müavini Samirə Həsənova, Təşkilatçı Nəzrin Vəkilova,müəllim kollektivi və şagirdlər iştirak etdilər.Məktəbimizin şagirdləri Ulu öndər Heydər Əliyevə,vətənə ,bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.Tədbirin balaca iştirakçıları xüsusilə diqqət cəlb edirdilər. Tədbirdə ümummilli liderə həsr olunan film nümayiş olundu. Dünya liderlərinin dahi şəxsiyyət haqqındakı fikirləri şagirdlər tərəfindən səsləndirildi.Çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər. 5-9 cu sinif şagirdlərinin iştirakı və müəllim Aygün Hüseynovanın təşkilatçılığı ilə umummilli liderin bütün sahələrə olan diqqətindən bəhs edən səhnəcik nümayiş etdirildi.Daha sonra məktəbin direktoru Aygün Əzizova  çıxış etdi.Məktəbin direktoru bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə ,inkişafa apardı.Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan,siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi