“BREYN-RİNQ” psixoloji- intellektual yarışması

   07.12.2023 tarixində məktəbimizin akt zalında 10cu sinif şagirdləri ilə məktəbin psixoloqları- İnci Mehdizadə və Ülviyyə Cəbrayılovanın təşkilatçılığı ilə “BREYN-RİNQ” psixoloji- intellektual yarışması keçirildi. Tədbirdə məktəbin direktoru Aygün Əzizova, təlim-tərbiyə işləri üzrə müavin Samirə Həsənova, təşkilati işlər üzrə müavin Nəzrin Vəkilova və məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi Cəmilə Əliyeva münsif olaraq iştirak etmişdir. Yarışma 5 turdan ibarət idi: sualları cavabla, musiqini tap, filmləri izah et, anaqramı həll et, “puzzle”ları birləşdir.
Şagirdlər bu yarışma vasitəsilə asudə vaxtlarını səmərəli istifadə edərək, əylənərək öyrəndi. Şagirdlər yarışmaya maraqla yanaşdı, hər turun sonunda şagirdlər münsiflər tərəfindən ballarla qiymətləndirildi, sonda isə qalib komanda açıqlandı, şagirdlərə məktəbin direktoru və psixoloqlar tərəfindən hədiyyələr təqdim olundu. Şagirdlər bu yarışmada komanda olaraq çıxış etmək,vaxtlarını düzgün idarə edə bilmək kimi keyfiyyətlətini də nümayiş etdirmiş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi