"Qaravəlli"

    Şifahi xalq ədəbiyyatının bir növü olan qaravəllilər haqqında şagirdləri daha çox məlumatlandırmaq məqsədi ilə məktəbin kitabxanasında kitabxanaçılar Leyla Paşayeva və Jalə İsayevanın rəhbərliyi ilə nümunəvi  tədbir keçirildi. 3 C sinfinin şagirdlərinin iştirakı ilə keçirilən tədbir çox təqdirəlayiq oldu. Şagirdlər tədbirə çox  həvəslə və maraqla qoşuldular. Bir-birindən fərqli qaravəllilər söylədilər. Sonra kitabxanaçı Leyla xanım Paşayeva şagirdlərə təmsil tipli bir nağıl da söylədi və uşaqların düşüncə tərzlərini yoxlamaq üçün nağıl haqqında suallar verdi. Sonda şagirdlən Məryəm qaravəlli ilə çox bağlı olan "Motal-motal" sanamasını oyun kimi tətbiq etdilər. Şagirdləır həmçinin söylədikləri şeir parçaları ilə tədbirə daha da rəng qatdılar.  Ümumlikdə tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi