Məişət zorakılığı və Erkən nikah

  30.11.2023 tarixində məktəbimizin akt zalında psixoloqların təşkilatçılığı ilə “ Məişət zorakılığı” və “Erkən nikaha yox deyək!” mövzusu ətrafında tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Əzizova Aygün xanım, təşkilatçı müavin Vəkilova Nəzrin, Ubtr Əsədova İlhamə və məktəbin həkimi Möhübova Kəmalə iştirak etdi. 
Məişət zorakılığı deyildikdə tək fiziki zorakılıq nəzərdə tutulmur, bura psixoloji zorakılıq da aid edilir. Məişət zorakılığının bir növü də yeniyetməlik dövrünə çatmış uşaqların ailə tərəfindən erkən nikaha məcburi cəlb olunmasıdır. Erkən nikahın birdən çox fəsadları mövcurddur. Tədbirin əvvəlində psixoloq İnci Mehdizadə şagirdlərə erkən nilahın psixoloji fəsadları barədə geniş məlumatları şagirdlərə çatdırdı, sonrasında 9cu sinif şagirdləri “ O olmasın bu olsun” filmindən fraqment səhnələşdirib erkən nikaha qarşı birlikdə yox deyək şüarını səsləndirdi, məktəbim həkimi Kəmalə xanım erkən nikahın yeniyetmələrdə yaratdığı bioloji fəsadları onların diqqətinə çatdırdı. Tədbirin sonunda isə şagirdlərə erkən nikah və məişət zorakılığının əks olunduğu video fraqment nümayiş olundu. Sağlam gələcək üçün gəlin birlikdə erkən nikaha yox deyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi