Ümumdünya uşaq hüquqları günü

14.11.2023-21.11.2023 tarixində məktəbimizdə 2,3 və 7, 8-ci sinif şagirdləri ilə uşaq hüquqları aylığı çərçivəsində görüşlər keçirilmişdir.  Tədbirdə məktəbin direktoru, məktəbin psixoloqları və təşkilatçı müavin iştirak etmişdir. Görüşdə şagirdlərə onların hüquq və vəzifələri izah olunmuş, sual cavab müzakirəsi keçirilmişdir. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar. Hər bir uşaq hüququnu bilməli və hüquqlarını qorumağı bacarmalıdır. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi