Narkomaniyaya yox deyək!

  22.11.2023 tarixində məktəbin akt zalında Narkomaniya ilə mübarizə mövzusunda məktəbin psixoloqları İnci Mehdizadə və Ülviyyə Cəbrayılovanın təşkilatçılığı ilə maarifləndirici seminar keçirilmişdir. Tədbir psixoloqların nitqi ilə başlayıb, 9cu sinif şagirdlərinin çıxışı, məktəbin həkimi Kəmalə Möhübovanın narkotik maddələrin insan orqanizminə ciddi zərərləri barədə məlumatı ilə davam etmişdir. Tədbirdə məktəbin direktoru Əzizova Aygün xanım, təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənova Samirə, təşkilatçı müavin Vəkilova Nəzrin və məktəbimizin digər müəllimləri də iştirak etmişdir.
Tədbirin sonunda şagirdlərə vizual informasiya xarakterli video təqdim olundu, şagirdlər maraqla videonu izlədilər. Sonda isə şagirdlər birlikdə “Narkomaniyaya yox deyək!” şüarını səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi