Pedaqoji şuranın iclası keçirildi

   20.11.2023-cü  il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Aygün xanım Əzizova,  təlim - tərbiyə işləri üzrə direktor müavini Həsənova Samirə, təlim - tərbiyə işləri üzrə direktor müavini Seyfullayeva Alimə, təsərrüfat işləri üzrə direktor müavini Nağıyeva Fəridə, təşkilatçı müavini Vəkilova Nəzrin, UBTR Əsədova İlhamə  vəəllimlər iştirak etdilər.   Məktəb Pedaqoji Şura iclası pedaqoji şuranın sədri  Aygün xanım Əzizovanın  çıxışı ilə başladı. Bildirdi ki, hal-hazırda iclasda 120 nəfər şura üzvündən 110 nəfər iştirak edir. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

1. Pedaqoji şuranın gündəliyinin təsdiqi.

2. T.T.İ.D/M vəzifələrində və iş saatlarında dəyişiklik.

3. T.T.İ.D/müavinlərinin elektron qiymətləndirmə  çıxışları, həmçinin summative qiymətləndirmələrin elektron aparılması.

4. Kiçik Akademiyanın fəaliyyəti və Cəfərova Aygün Səxavət qızıının akademiyaya prezident seçilməsi.

5.Qarşılıqlı dərs dinləmələr. Dərs dinləmələrin təhlili və cədvəlinin tərtibi.

6. 2023-cü ilin sonuna qədər pedaqoji, təlim və tərbiyə fəaliyyətinin planlaşdırılması.

7. Fənlər üzrə Respublika Olimpiadasında şagirdlərin iştirakının təmin edilməsi.

8. Məktəbin nizam-intizamının tənzimlənməsi üçün növbətçilik cədvəlinə uyğun icrasının təmin edilməsi.

9. Məktəbdə mövcud olan avadanlıqların qorunması məqsədi ilə hər bir sinif rəhbərinə təhvil-təslim aktının tərtibi.

10. Cari məsələlər .

Bütün məsələlər müzakirə olunduqdan sonra səs çoxluğu ilə qəbul olundu.

Sonda ay ərzində fərqlənən və mütəmadi olaraq tədbir təşkil edən müəllimlər diplomla təltif olundu. Həmçinin ay ərzində növbətçiliyi ilə seçilən texnologiya müəllimi Cəfərov Rəsul müəllim də rəhbərlik tərəfində diplomla mükafatlandırıldı.  Həmçinin iclasın sonunda Aygün xanım bildirdi ki, məktəbimizdə məsuliyyətli, hesabatlılıq, cavabdehlik, təhsil ocağı və cəmiyyət arasında körpü yaratmaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi