9-cu Beynəlxalq Kitab Sərgisi

    2023-cü ilin 11–15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Beynəlxalq Kitab Sərgisi təşkil edilmişdir. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin keçirilməsi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgi çərçivəsində keçirilən tədbirlər, simpozium və konfranslar, panel müzakirələr, imza günləri, qiraət və musiqi saatları müəllim və şagirdlərdə xoş təəssürat yaradıb. Sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır. Məktəbimizin V Ç sinfi sinif rəhbəri Əhədova Şəfanə və məktəbin kitabxanaçıları Leyla Paşayeva və Jalə İsayevanın rəhbərliyi ilə sərgidə iştirak etdilər.  Sərgi zamanı şagirdlərimiz müxtəlif mövzularda, müxtəlif yazıçıların kitabları ilə yaxından tanış oldur.  Uşaqlar Beynəlxalq Kitab Sərgi-Yarmarkasında dünya və yerli kitab evinin kitabları ilə tanış olmaqla yanaşı,müxtəlif kitablar əldə etdilər, ,nağıl qəhrəmanları ilə tanış olaraq,müxtəlif masterklaslarda iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi