"Müstəqilliyə aparan yol"

  Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə 269 saylı tam orta məktəbdə Milli Dirçəliş Gününə həsr olunmuş “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıldı, daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.  Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün xanım Əzizova bu gün barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. O bildirdi ki,  Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur. O, ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunması,  həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında ətraflı məlumat verdi. Daha sonra şagirdlərimiz müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi