Şəhid ailəsini ziyarət

        Şagirdlərin vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması ən müqəddəs vəzifəmizdir. Vətən uğrunda həyatını qurban verən qəhrəman oğulları onlara tanıtmaq mənəvi borcumuzdur. Məktəbdə tez - tez şəhid ailələri ilə görüşlər təşkil edilir. Şəhid adı verdiyimiz sinif otaqlarında təhsil alan şagirdlər müəllimlərin, məktəb rəhbərliyinin təşəbbüsü ilə həmin şəhidlərin ailələrini ziyarət edir, onların anım və doğum günlərini birlikdə keçirirlər.

            Belə şəhid qəhrəmanlarımızdan biri, Vətən müharibəsi iştirakçısı şəhidimiz Əbülhəsən Eyvazovdu. Məktəbin Əbülhəsən Eyvazovun  adını daşıyan 7 B sinif şagirdləri noyabrın 9-da Dövlət Bayrağı Günündə məktəbin direktoru Aygün xanım Əzizova, sinif müəllimi Mədinə Abasova və bir qrup valideynin iştirakı ilə şəhidin ailəsini ziyarət etdilər.

Çay süfrəsi arxasında şəhidin həyat və döyüş fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verildi. Görüşdə yadigar şəkillərə baxıldı, şəhidin anası və nənəsi şəhidlə bağlı kövrək və qürurlu xatirələrini bölüşdü. Ev muzeyini ziyarət etdikdən sonra şəhidin abidəsi ailə üzvləri ilə birlikdə ziyarət edildi. Sinif adından hazırlanan şəhidin rəsmi olan  xalça şəhidin ailəsinə təqdim olundu. Sonda şəhidin ailəsi məktəb rəhbərliyinə və şagirdlərə öz təşəkkürünü  bildirdi.

Allah rəhmət eləsin!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi