44 günlük zəfər tariximiz!!!

   Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun Azərbaycan xalqına yaşatdığı möhtəşəm bir gün – “Zəfər günü” ilə bağlı  R.Məmmədov adına 269 saylı tam orta məktəbdə noyabrın 6-da tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan “8 Noyabr - Zəfər Günü”-nə həsr olunmuş “44 günlük zəfər tariximiz” adlı tədbir keçirildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra  ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban xanım və hərbiçi valideynlərimiz fəxri qonaq qismində iştirak etdilər.  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün xanım Əzizova  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi. O bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər şagirdlərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.  Daha sonra  şagirdlərimizin  ifasında vətənpərvərlik ruhunda şeirlər, mahnılar, bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirildi. Tədbirin sonunda tədbirdə fəal iştirak edən şagirdlərimiz rəhbərlik tərəfindən fəxri fərmanla təltif olundular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi