Ədəd oxu mövzusunda nümunəvi dərs

       R.Məmmədov adına 269 saylı tam orta məktəbdə müəllim Nərgiz Məmmədlinin rəhbərliyi ilə  1 K sinfində riyaziyyat fənnindən "Ədəd oxu üzərində toplama və  çıxma " mövzusunda nümunəvi dərs təşkil olunub.  Dərsdə şagirdlər əyani vəsaitlərlə təmin olunub. Ədədlərin sırasını şagirdlərə vizual olaraq göstərilib. Oyun vasitəsi ilə şagirdlər ədədlərin sırasını özləri düzgün müəyyən ediblər. Proyektor vasitəsi ilə şagirdlər tapşırıqlarla daha asan tanış ola biliblər.  Proyektor vasitəsilə və yönəldici suallarla şagirdlər motivasiya edilib. Sonra isə hər bir şagird fərdi işə cəlb olunub.  Riyazi təfəkkürlü şagirdlərin üzə çıxmasına imkan verən, onların bacarıqlarının inkişafına xidmət edən tapşırıqlardan istifadə olunub. Dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi