Həyat bilgisindən nümunəvi dərs

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Bu məqsədlə məktəbin 7 A və 7 B sinif şagirdlərinin iştirakı və biologiya müəllimi Zülfiyyə Ağayevanın təşkilatçılığı ilə Həyat bilgisi fənnindən "İlkin tibbi yardım" adlı nümunəvi dərs keçirildi. Dərs prosesində şagirdlər "Burxulma və çıxıqlar", "Sınıqlar", "Yaralanmalar", "Qanaxmalar", "Zəhərlənmə və ürəkgetmə" adlı qruplara bölünərək bir-birlərinə ilk tibbi yardım göstərməyin qaydalarını öyrəndilər. Şagidlər əyani vəsaitlərdən istifadə etdilər.Dərs prosesi şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi