Reproduktiv sağlamlıqla bağlı maarifləndirici görüş

    19.10.2023-cü il tarixində məktəbimizdə VIII və IX sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq”la bağlı maarifləndirici görüş keçirildi. Görüşdə məktəbin direktoru Aygün xanım Əzizova, məktəbin psixoloqu İnci Mehdizadə, məktəbin həkimi Kəmalə Möhübova və məktəbin biologiya müəllimi Məsməxanım Ələkbərova iştirak etdi. Görüşün məqsədi şagirdlərə reproduktiv sağlamlıqla bağlı məlumat vermək, şagirdlərin bu mövzuda suallarını cavablandırmaq idi. Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər. Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırmalı, gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər.
Tədbir şagirdlər tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi