"Qızıl payız"

   Payız ilin ən gözəl fəsillərindən biridir. O, sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır. Təəssüf ki, bu   gözəllik çox davam etmir. Qırmızı, sarı, narıncı yarpaqlar  tökülür. Otlar saralır, güllər  solur. Havalar günü gündən yağışlı, tutqun və soyuq olmağa başlayır. Məktəbimizin 1 e sinfində müəllim Sərdarova Vəfanın rəhbərliyi ilə texnologiya “Qızıl payız” mövzusunda nümunəvi dərs təşkil olundu.  Məktəbin ibtidai sinif müəllimi Sərdarova Vəfanın  texnologiya dərsini başlamazdan öncə qızıl payız haqqında şagirdlərə məlumat verdi. Payız fəslinə el arasında  "qızıl payız" da deyirlər. Payız ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir. O bildirdi ki, qızıl payız təbiətin bir möcüzəsidir.  1 e sinfinin şagirdləri də payız fəslinin gözəlliklərini hazırladıqları əl işləri ilə təqdim etdilər. Dərs prosesi zamanı şagirdlər çox əyləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi