Hərb tarixi muzeyinə ekskursiya

Məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sinif müəllimləri tərəfindən ekskursiyalar təşkil olunur. Belə ekskursiyalardan biri 3 D sinif müəllimi Braqina Marina tərəfindən Azərbaycan Hərb Tarixi muzeyinə təşkil olundu. Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilərdə hərbi vətənpərvərlik hissini gücləndirmək və tarixi bilgilərini artırmaqdan ibarət idi.  Şagirdlər açıq havada sərgilənən hərbi texnikalarla tanış oldular. Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verilən məlumatlar məktəblilərdə xoş təəssürat yaratdı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri şagirdlər tərəfindən maraqla qarşılandı. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək şagirdlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi