Şəhid məzunumuzun anım günü

Dekabrın 21-də Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbin 2 Ə sinfində şəhid məzunumuz Əhmədov Səbuhinin anım günü keçirildi. Sinif tədbirinin təşkilatçılığı müəllim Mehdizadə Gülnara məxsusdur. Tədbir vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad edilməsilə başladı. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirldi. Müəllim ilk öncə şagirdlərə şəhid Səbuhi Əhmədovun həyatı və şərəfli döyüş yolu haqqında məlumat verdi. O bildirdi ki, Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və "SOS" Uşaq Evində böyüyüblər. Məktəbimizi bitirən Səbuhi Əhmədov ordu sıralarında layiqincə xidmət edib, 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsində savaşıb, "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medallarıyla təltif olunub. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Daha sonra tədbirdə şagirdlər  şəhidin qısa amma şərəfli həyat yolundan bəhs edən videoya tamaşa etdilər. Şagirdlər şəhid haqqında hazırladıqları təqdimatları nümayiş etdirib, Vətənə , şəhidliyə aid olan şeirlər səsləndirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi