Mənim gündəliyim oxu və yaradıcılıq müsabiqəsi

BŞTİ-nin 11 fevral 2022-ci il F-61 nömrəli əmrinə əsasən məktəbdə “Mənim gündəliyim” adlı oxu və  yaradıcılıq  müsabiqəsinin keçirilməsi işi həyata keçirilir. Bu məqsədlə məktəb kitabxanasında müsabiqəyə qoşulan şagirdlərlə görüş keçirildi. Məktəbin kitabxanaçısı Nazilə Əhmədova, Azərbaycan dili Ədəbiyyat müəlliməsi Hicran Məmmədova, Təlim tərbiyyə işləri üzrə direktor müavini Afət Zeynalova onlara kitab seçimində tövsiyələr verdi, bədii əsərlərin uşaqların mənəvi tərbiyəsindəki müsbət rolundan danışdı. Şagirdlərə müsabiqənin gedişində uğurlar arzulayırıq.
        Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin  artırılması,istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi