ƏBƏDİYAŞAR LİDER

         10.05.2024-cü il tarixində 264 nömrəli məktəb-liseydə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ,,Əbədiyaşar lider,, adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

             Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehriban xanım Mustafayeva açaraq Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verdi.

            Tədbirdə Xətai rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini İbrahimov Məhəmməd və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin əməkdaşları Nuri İmanov qonaq qismində iştirak edərək, Ulu Öndərin təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı daim diqqət mərkəzində olduğunu bildirdi. Tədbirin sonunda şagirdlərin Ulu öndər Heydər Əliyevə həsr etdikləri şeir və musiqilər səsləndirdilər.

             Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası isə bugünkü müstəqil Azərbaycandır!

#BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

#BakıŞəhəriüzrəTəhsilİdarəsi #Ailəmvəməktəbim

#HEYDƏRƏLİYEV101

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi