Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

      Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi münasibətilə "Məktəblərdə Füzuli ayı" layihəsi davam edir.

           17.04.2024-cü il tarixdə məktəb-liseyin Azərbaycan dili-ədəbiyyat müəllimi Malina Rüstəmova və UBTR Sevinc Nadirovanın təşkilatçılığı ilə layihə çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə 10 a sinif şagirdləri öz çıxışlarında dahi Füzulinin həyat və yaradıcılığı haqqında hazırladıqları təqdimatla çıxış edərək maraqlı məlumatlar verdilər.

       Layihənin əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin əbədi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

        Sonda dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş videoçarx nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

#BakıTəhsilİdarəsi #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

#BakıŞəhəriüzrəTəhsilİdarəsi #Füzuli530

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi