XOŞ TƏRAVƏTLİ NOVRUZUM

     İlaxır çərşənbə Novruz bayramından əvvəl qeyd edilən ən təntənəli bayramlardan biridir.

     Torpaq çərşənbəsi adlanan bu çərşənbəni xalqımız xüsusi təmtəraqla qeyd edir. Süfrələr ləziz təamlarla bəzədilir. Müxtəlif xalq oyunları, mərasimlər keçirilir. Bu bayram insanlara pozitiv enerji verir. Bu gün insanlarda xüsusi bir canlanma baş verir, hər kəsin qəlbi bayram nəşəsi ilə dolur.

      Bayram münasibətilə məktəb-liseyin 4 b sinfinin rəhbəri Esmiralda Məmmədova Bahar bayramı münasibətilə "Xoş təravətli Novruzum" adlı tədbir təşkil etdi.Tədbirdə bayramın özəllikləri xalq oyunları, rəqs və nəğmələr, Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəlin çıxışları əks olundu. Şən, oynaq milli musiqi nömrələrinin sədaları altında şagirdlər rəqs edərək şənləndilər.

https://www.youtube.com/watch?feature=shared&fbclid=IwAR23-mHjd4gavHbmM5-di2U1j8Yt02qTp5NjrajxjID2unNzdw-5xsK0VKo&v=gyC5IIbvaB4

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

#Baharçələngi #İlaxırçərşənbə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi