Bebras yarışmasında yüksək bal toplayan şagirdlərə sertifikat təqdim olundu

       Beynəlxalq Bebras yarışmasında məktəb-liseyin 6-9 sinif şagirdləri iştirak edərək yüksək nəticələr əldə etmişlər. 13.03.2024-cü il tarixində şagirdlərə sertifikatları təqdim olundu.

       Bebras İnformatika və Alqoritmik düşüncə yarışmasıdır. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır.

         Bebras yarışması onlayn olaraq keçirilir və yarışın maraqlı tərəfi ondan ibarətdir ki, iştirak üçün şagirdlərin proqramlaşdırma və dərin İT biliklərinin olması vacib deyil. Şagirdlər interaktiv suallara alqoritmik düşüncələrini işə salaraq cavab verirlər.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi