İDMAN HƏFTƏSİ

      Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər olduğu kimi bu il də “İdman həftəsi” layihəsi 264 nömrəli məktəb-liseydə keçirilir.

    “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə nümunəvi çıxışlar, qol güləşi, basketbol idman növü üzrə yarışlar keçirilməsi nəzərdə tutulmuşdur.

    01.03.2024-cü il tarixində məktəb-liseyin V-VIII siniflər və IX-XI siniflər arasında basketbol yarışları keçirilmişdir.

 Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafının təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

#bakıməktəbləri #BədənTərbiyəsivəİdmanGünü #İdmanhəftəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi