LÜTFİ ZADƏ ADINA MƏNTİQ OLİMPİADASI VƏ FƏNN MÜSABİQƏLƏRİ KEÇİRİLƏCƏK

      3 mart 2024-cü il tarixində bütün ümumtəhsil müəssisələrdə Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələri keçiriləcək.

     Fənn müsabiqəsi VI-VII sinif şagirdləri, Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunacaq. Müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

     Bu məqsədlə məktəbin direktoru Mehriban xanım Mustafayeva məntiq olimpiadası və fənn müsabiqələrində iştirak etmək hüququ qazanan şagirdlərlə görüşdü.    Şagirdlərə buraxılış vərəqləri paylanıldı və uğurlar arzuladı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

#Bakıməkətəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi