1-mart Ümumdünya Mülki Müdafiə Günüdür

     01.03.2024-cü il tarixində məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Dadaş Səfərov 1 mart Ümumdünya Mülki Müdafiə Gününə hərs olunmuş mövzunu əks etdirən 4b,4cvə 6a siniflərində dərslər, müzakirələr təşkil etmisdir.

     Məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

     D.Səfərov mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verdi. Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verdi. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi.

      Belə bir tədbirlərin keçirilməsi şagirdlərin təhlükəsizliyini təmin etmək üçün vacibdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

#MülkiMüdafiəGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi