TARİX UNUDULMUR

   26 fevral tarixində 264 nömrəli məktəb-liseydə Xocalı faciəsinin 32-ci ildönümününə həsr olunmuş "Tarix unudulmur" adlı tədbir keçirildi.

   Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər.

 Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova açaraq Xocalı faciəsi haqqında geniş məlumat verdi.

 Direktor Mehriban xanım Mustafayeva çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirmiş və onun heç vaxt unudulmayacağını söylədi.

  Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar və videoçarxlar nümayiş olundu. Şagirdlər Xocalıya həsr olunmuş bayatılar, şeirlər təqdim etdilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.7142208675887308/1317135385587646

https://www.facebook.com/100002947387817/videos/pcb.7142208675887308/2352086451658355

https://www.facebook.com/100002947387817/videos/pcb.7142208675887308/1083893886165372

https://www.facebook.com/100002947387817/videos/pcb.7142208675887308/315976864809884

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi