ANA DİLİM ŞİRİNDİR ADLI TƏDBİR KEÇİRİLDİ

   20.02.2024-cü il tarixində direktor müavini Leyla Cəbrayılovanın təşkilatçılığı ilə "Ana dilim şirindir" mövzusunda "21 fevral Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə Azərbaycanın mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, ictimaiyyətçi, jurnalist, Peşəyönümlü Təhsilin inkişafına Dəstək ictimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü, 40-dan çox məqalə və tezis, 9 kitab müəllifi İradə xanım Əlili qonaq qismində iştirak etmişdir.

     5"d" sinif şagirdlərinin ifasında Azərbaycan dili haqqında şeir, mahnı və səhnəciklər hamı tərəfindən bəyənilib alqışlandı.

      Sonra söz məktəbin qonağına verildi, İradə xanım tədbir haqqında yüksək fikirdə olduğunu, məktəbimizlə əlaqələrin daha da genişlənməsi üçün bu kimi tədbirlərin önəm kəsb etdiyini vurğuladı.

     Sonda məktəbin direktoru Mehriban xanım Mustafayeva çıxış etdi, Leyla müəllimə və şagirdlərinə belə tədbir ərsəyə gətirdikləri üçün təşəkkürünü bildirdi.       

        Tədbir "Yaşa, xalqım, Yaşa, Azərbaycan" mahnısı ilə sona yetdi.

https://www.facebook.com/100064083133547/videos/920972822685759

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey #vurtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi