Dil Millətin Varlığıdır

   2023-2024-cü tədris ilində məktəb-liseyin fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqlar" keçirilməsi davam edir.
   Fəaliyyət planına əsasən "Ana dili" ayı çərçivəsində məktəbin Azərbaycan dili müəllimi Ellada Hüseynli 8”d” sinfində “Dil millətin varlığıdır”
adlı dərs nümunəsi təşkil etdi.
   8-ci sinif şagirdləri müəyyən olunmuş mövzuya uyğun olaraq divar qəzeti və fərqli təqdimat nümunələri hazırlamışdılar. Şagirdlər ana dili haqqında öz fikirlərini bölüşdülər, ana dilinə sahib çıxmağın əhəmiyyətini müzakirə etdilər, ana dilinə aid şeirlər səsləndirdilər. Görkəmli şəxsiyyətlərin ana dili haqqında fikirlərilə tanış oldular. Nəticədə bir daha onlara aydın oldu ki, dilin varlığı xalqın varlığına bərabərdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi