YAŞA, DOĞMA DİLİM, DİLLƏR İÇİNDƏ

  2023-2024-cü tədris ilində məktəb-liseyin fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqlar" keçirilməsi davam edir.

  Fəaliyyət planına əsasən "Ana dili" ayı çərçivəsində 13.02.2024 -cü il tarixində məktəbin Azərbaycan dili müəllimi Bayramova Aytən 6"e" sinfində "Yaşa, doğma dilim, dillər içində" mövzusunda dərs nümunəsi təşkil etdi. Dərsin məqsədi şagirdlərə ana dilini sevdirmək, qorumaq, ona sahib çıxmaq kimi xüsusiyyətləri aşılamaq idi.

   15.02. 2024 cü il tarixində 7 "d" sinfində Azərbaycan dili müəllimləri Bayramova Aytən və Musayeva Naibə təşkil etdikləri dərsdə şagirdlər "Ana dili milli kimliyimizdir" adlı divar qəzeti hazırladılar, mövzuya uyğun olaraq inşa nümunələrini təqdim etdilər.

   Şagirdlərə izah olundu ki, Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.

https://www.facebook.com/100002947387817/videos/pcb.7099133970194779/801999005100228

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi