Gələcək adlı layihə məktəbimizdə tətbiq edilir

  Məktəbimizin əməkdar müəllimi Mətanət Əhmədovanın koordinatorluğu ilə həyata keçirilən "Gələcək'' adlı layihəmiz, süni zəka və davamlılıq mövzularında işləri əhatə edir.

 Bu layihə çərçivəsində, şagirdlərimiz məktəbimizin enerji istehlakını ölçmə və analiz etmə şansını əldə etdilər.

   9 fevral tarixlərində təşkil edilən bu tədbir zamanı, məktəb idarəsi və administratorlarımızın dəstəyi ilə, şagirdlərimiz elektrik qaiməsi haqqında məlumatlandırıldılar. Əldə edilən məlumatlar əsasında, enerji istehlakının necə azaldıla biləcəyi üzərində müxtəlif təkliflər irəli sürdülər.

  Şagirdlərimiz, bu təklifləri daha geniş kütlələrə çatdırmaq və məktəbimizdə enerji qənaəti məsələsində fərqindəlik yaratmaq məqsədi ilə afişələr hazırlamağa qərar verdilər. Hazırlanan afişələr, məktəb lövhəmizdə nümayiş etdiriləcək və bu önəmli məsələdə şagirdlərimizin fikirlərini ifadə etmələrinə imkan tanıyacaq, həmçinin məktəbimizdə enerji effektivliyi şüurunun artırılmasına töhfə verəcəkdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi