PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

  01.02.2024-cü il tarixində 264 nömrəli məktəb-liseydə Pedaqoji şura iclası keçirildi.

 İclasda məktəb rəhbərliyi, pedaqoji heyət və valideyn komitə sədrləri iştirak etdilər.

 Pedaqoji şurada məktəbin direktoru Mehriban xanım Mustafayeva iclası açıq elan etdi, müzakirə olunacaq məsələlər barədə məlumat verərək sözü məktəbin psixoloqu S. Hüseynovaya verdi.

   S.Hüseynova şagirdlər arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və onlarla işin aparılması, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işlərinin aparılması mövzusunda çıxış etdi.

  Məktəbin Həmkarlar Təşkilatının sədri Turan Salehova müəllimlərin etik davranış qaydalarına riayət etməsini, şagirdlərlə münasibətdə onların şəxsiyyətini alçaltmaq kimi hallara yol verilməsinin təhsil qanuna zidd olduğunu bildirdi. Hər bir müəllimin şagirdlərlə ünsiyyəti zamanı onlara qarşı bir şəxsiyyət kimi davranmalı olduğunu qeyd etdi.

  Daha sonra iclasda məktəbin tərbiyə işləri üzrə direktor müavini K. Cabbarova valideynlərə müraciət edərək şagirdlərin sağlam təhsil mühitində təhsil almaları üçün yalnız məktəbin yox, həmçinin valideynlərin də rolunun vacibliyini vurğulayaraq aşağıdakı mövzulara toxundu.

1.Şagirdlər qadağan olunmuş əşyaları məktəbə gətirməməlidir.

2. Məktəbə mütəmadi olaraq vahid məktəbli formasında gəlməlidirlər.

3. Məktəbdə valideynlərlə işin daha da gücləndirilməlidir.

4. Sinif rəhbərləri vəzifə öhdəliklərini düzgün və məsuliyyətli yerinə yetirməlidir.

5. Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə aidiyyəti qurumlara məlumat verilməlidir.

6. Fövqəladə hallarla bağlı qaydalara riayət edilməli və bu mövzuda maarifləndirici tədbirlər keçirilməlidir.

    Növbəti çıxışı məktəbin UBTR S. Nadirova etdi. Çıxışda bildirdi ki, məktəbdə təhlükəsizliyi təmin etmək məqsədilə nəzarətin, mühafizə işinin gücləndirilməsi, növbətçiliyin təmin olunması işi qənaətbəxşdir, daim düzgün təşkil olunur və rəhbərlik tərəfindən nəzarət olunur.

    Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Həmidova Əsgərova etik davranış qaydalarına riayət edən, işini düzgün təşkil edən sinif rəhbərlərinə və 02 Fevral Gənclər Günü ilə əlaqədar olaraq məktəbin gənc müəllimlərini təbrik etdi və Fəxri diplomla təltif etdi.

  Sonda məktəbin direktoru valideynlərə müraciət edərək hər hansı bir problem və təkliflərinin olub-olmadığını soruşdu və məktəblə sıx əməkdaşlıq etmələrini təklif etdi.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi