Şəhidlər dastanı adlı tədbir keçirildi

  19.01.2024-cü il tarixində 264 nömrəli məktəb-liseydə 20 Yanvar hadisəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

 Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Sonra 20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş edilmişdir. O qanlı yanvar gecəsində vətənin, xalqın kimliyinin, mənliyinin müdafiəsi yolunda canlarını qurban verənlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, səhnəciklər nümayiş etdirildi.

  20 Yanvar hadisələrini əks etdirən videoçarx izlənildi. Məktəbin direktoru Mehriban xanım Mustafayeva Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə etdi.

https://www.facebook.com/100002947387817/videos/pcb.6994443313997179/753924142902010

https://www.facebook.com/100002947387817/videos/pcb.6994443313997179/2505797469601820

https://www.facebook.com/100002947387817/videos/pcb.6994443313997179/1169205087396036

https://www.facebook.com/100002947387817/videos/pcb.6994443313997179/687276733560861

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #20Yanvar #20January1990 #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi