Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi keçirilib

    Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə Sektorun birgə təşkilatçılığı ilə təşkil olunan müsabiqənin təşkilində məqsəd peşə təhsilinin təbliği və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir.

 Müsabiqəyə 264 nömrəli məktəb-liseyin şagirdləri də qatıldı. Müsabiqədə soyuq qəlyanaltılar və "Nar salatı" hazırlanıb. Hazırlanan təamlar münsiflər heyəti olan Aşpazlar Gildiyasının üzvləri tərəfindən qiymətləndirilib.

   Müsabiqənin nəticəsinə əsasən 264 nömrəli məktəb-lisey III yerin qalibi olub.

   Qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#PeşəTəhsili #Peşəyönümüİşi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi