AİLƏM VƏ MƏKTƏBİM

   11.12.2023-cü il tarixində Ailəm və məktəbim layihəsi çərçivəsində "Valideynlərlə görüş həftəsi" keçirildi .

 Görüşdə ibtidai siniflərdə valideynlər tərəfindən dərslərin izlənilməsi prosesi həyata keçirildi. İbtidai sinif valideynləri əvvəlcə dərsləri izlədilər, sonra fikir və rəylərini söyləmək üçün məktəbin akt zalına gəldilər.

    Məktəbin direktoru M.İ.Mustafayeva,TTİ üzrə direktor müavini L.H.Cəbrayılova, tərbiyə işləri üzrə direktor müavini K.Cabbarova, məktəbin psixoloqu S.Hüseynova.UBR S.Nadirova valideynlərin fikir və mülahizələrini dinləyib müzakirə apardılar. Valideynlərə öz rəy və təkliflərini ifadə etmək üçün sorğu vərəqləri təqdim olunmuşdur, burada onlar dərslərin izlənilməsi zamanı müşahidə etdiklərini qeyd etmişdilər.

   Sonda məktəbin direktoru M.İ.Mustafayeva belə görüşlərin məktəb-müəllim-şagird münasibətlərinə müsbət təsir etdiyini, valideynlərlə müəllimlərin birgə fəaliyyətinə stimul verdiyini vurğuladı. Valideynlər məktəb rəhbərliyinə təşəkkür etdilər və belə layihələrin keçirilməsindən razı qaldıqlarını bildirdilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6853062508135261/875135657538287

https://www.facebook.com/100002947387817/videos/pcb.6853062508135261/735192688482585

https://www.facebook.com/100002947387817/videos/pcb.6853062508135261/1075098610283517

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi