Sağlamlığımızı qoruyaq

          Bu gün 264 nömrəli məktəb-liseydə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Tədbirdə məktəbin həkimi Aidə Əhmədova, məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova, psixoloq Sevinc Hüseynova , məktəbin biologiya müəllimi İ. Niftəliyeva , idman müəllimi S. Babayev bu mövzuda şagirdlərlə geniş söhbətlər apardılar və şagirdləri maraqlandıran sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi