Bakı Zooloji Parkında dərs ekskursiya keçirildi

  Məktəb-liseyin biologiya müəllimi Sultanova Samirə 7-ci sinif şagirdləri ilə birlikdə Bakı Zooloji Parkında “Balıqların müxtəlifliyi” mövzusunda dərs-ekskursiya təşkil etdi.
  Müəllim şagirdlərə balıqlar haqqında geniş məlumat verdi. Zooparkda şagirdlər balıqlarla yanaşı, Kəlləlilər (Onurğalılar) yarımtipinin bir çox nümayəndəsi ilə tanış oldular. Dərsdə şagirdlər balıqlar və onların növləri haqqında hazırladıqları təqdimatları səsləndirdilər.
 Sonda şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi