Coğrafiya aylığında fəal iştirakına görə şagirdlər sertifikatla təltif olundular

 2023-2024-cü tədris ilində məktəb-liseyin fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqları" keçirilməsi davam edir.

   Fəaliyyət planına əsasən 16 oktyabr 2023-cü il tarixində coğrafiya fənnindən "Dünyanın və təbiətin sirləri" adlı sərgi keçirilmiş, sərgidə məktəbin 8-ci sinif şagirdiləri hazırladıqları bir-birindən maraqlı əl işlərini nümayiş etdirmişlər.

   Bu məqsədlə 14 noyabr 2023-cü il tarixində məktəbin direktoru Mehriban xanım Mustafayeva sərgidə fəallıq göstərən şagirdlərə dərslərində müvəffəqiyyətlər arzulamış və sertifikatla təltif etmişdir. Məktəbin coğrafiya müəllimi Naibə Piriyeva şagirdlərə həvəsləndirici hədiyyələr təqdim etdi.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi