Şagirdlər İkinci Fəxri Xiyabanı ziyarət etdilər

   12.11.2023-cü il tarixində 264 nömrəli məktəb-liseyin 5 c sinif şagirdləri sinif rəhbərləri Leyla Yusifovanın rəhbərliyi ilə İkinci Fəxri Xiyabanda olublar.

   Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, Mübariz İbrahimovun və İkinci Qarabaq müharibəsi zamanı şəhid olmuş digər vətən oğullarının məzarını ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

    Şagirdlər vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərə aid şeirlər söyləyib, "Qarabağ Azərbaycandır!", “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.

      Daha sonra şagirdlər Qənimətlər parkına və Gəmi Muzeyini ekskursiya ediblər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6751752248266288/169107039556771

https://www.facebook.com/100002947387817/videos/pcb.6751752248266288/1076174710056198

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi