Yaşa, Vətən, çox yaşa, yaraşır Zəfər sənə!

    07.11.2023-cü il tarixində TTİ üzrə direktor müavini Leyla Cəbrayılovanın rəhbərliyi ilə 3-cü siniflər arasında(Azərbaycan və rus bölmələri) üzrə Zəfər Gününə həsr olunmuş "Yaşa, Vətən, çox yaşa, yaraşır Zəfər sənə!" adlı bilik yarışması keçirildi.

      Bilik yarışmasında məktəbin direktoru Mehriban Mustafayeva, 3-cü sinif rəhbərləri də iştirak edirdilər. Şagirdlər yarışmaya hazırladıqları kompozisiya, rəqs və mahnılarla maraq qatdılar.

      Sonda məktəbin direktoru Mehriban xanım qalib komandanı diplomla təltif etdi. Şagirdlərin sevincinin həddi-hüdudu yox idi. Belə tədbirlərin keçirilməsi şagirdlərin inkişafına müsbət təsir edir.

     I yerin qalibi- 3 a və 3 q sinif komandası

     II yerin qalibi 3 b və 3 d sinif komandası

    III yerin qalibi isə -3 c və 3 e sinif komandası oldu.

     Qalib komandaları təbrik edir, dərslərində müvəffəqiyyətlər arzulayırıq.

https://www.facebook.com/100002947387817/videos/pcb.6736363183138528/1364616204170267

https://www.facebook.com/100002947387817/videos/pcb.6736363183138528/324012470263749

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#ZəfərGünü

#QalibAzərbaycan

#QalibliderQalibxalq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi