Şanlı Zəfərimiz əbədidir adlı tədbir keçirildi

    06 noyabr 2023-cü il tarixində məktəb-liseydə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş "Şanlı Zəfərimiz əbədidir" adlı möhtəşəm tədbir keçirildi.

        Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq gəzir. Bu zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bizlərə yaşatdı. Bu qələbə yüz illər keçsə belə unudulmayacaq.

         Tədbirdə qonaq qismində Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi H.Lamiyə, Vətən müharibəsi qaziləri Q.Çingiz, H.Vüsal, H.Zabit, şəhid Akşin Abdullayevin və Vüsal Rüstəmovun həyat yoldaşı iştirak etdilər.

       Məktəb-liseyin istedadlı şagirdləri Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər, rəqslər nümayiş etdirdilər.

      Tədbirin sonunda məktəbin direktoru Mehriban xanım Mustafayeva qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi, bu zəfəri bizə yaşadan şəhidlərimizi hər zaman hörmətlə anıb, qazilərimizə sağlam və firəvan həyat arzuladı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#ZəfərGünü

#QalibAzərbaycan

#QalibliderQalibxalq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi