Əsgərə sovqat aksiyası keçirildi

   8 Noyabr-Zəfər Günu münasibətilə məktəb kollektivi tərəfindən düsmən qarşısında olan ordumuzun, vətənimizin müdafiəsində olan əsgərlərimizə bayram sovqatı hazırlandı.

  Şagirdlərimiz sovqatlarla yanaşı əsgərlərimizə məktublar ünvanladılar. Onlar məktublarında Vətəni qoruyan, Vətənin keşiyində dayanan əsgərlərimizin cəsarəti qarşısında baş əydiklərini, gələcəkdə vətənimizi qürurla qoruyacaqlarına and içdilər.

 Məktəb-lisey adından təlim-tərbiyə üzrə təşkilatçı K. Cabbarova, T. Rüstəmov və bir necə müəllim hərbi hissədə oldular. Müəllimlər şagirdlərin sovqatlarını, məktublarını əsgərlərimizə çatdırdılar. Hərbi hissənin komandiri və igidlərimiz məktəb rəhbərliyinə, şagirdlərə və valideylərə öz dərin minnətdarlığını bildirdilər.

       Biz yenilməz ordumuzla fəxr edirik!

https://www.facebook.com/100064083133547/videos/2062435384124084

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#ZəfərGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi