Əsrin qələbəsi

       264 nömrəli məktəb - liseyin ibtidai sinif müəllimi Vəliyeva Kəmalə 3 b sinif şagirdləri ilə "Zəfər Günü"nə həsr olunmuş "Əsrin Qələbəsi" adlı maraqlı tədbir keçirib. Şagirdlər Vətənə, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımız İlham Əliyevə olan böyük sevgilərini şeirlərlə, mahnılarla dilə gətiriblər.
      Hətta şagirdlər l Qarabağ döyüşlərində böyük şücaət göstərən qəhrəmanları da unutmayıblar. 5 gün təkbaşına döyüşərək 22 nəfər Xocalı sakini güllələnməsin deyə təslim olub işgəncələrlə öldürülən Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş səhnəcik də göstəriblər. Tədbir " Qarabağ Azərbaycandır " süarı ilə başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi