VALİDEYN İCLASI KEÇİRİLDİ

       08.02.2023-cü il tarixində 264 nömrəli məktəb-liseydə rəhbərliyin təşkilatçılığı ilə V-VI siniflərdə valideyn iclasları keçirildi. İclaslarda rəhbərlik, fənn müəllimləri və valideyinlər iştirak etdilər.

        İclasların keçirilməsində məqsəd uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılmasıdır.

        İclas çərçivəsində valideynlər onları maraqlandıran sualları muəllimlərə ünvanlayıb. Pedoqoji heyət tərəfindən valideynlərin sualları cavablandırılıb.

         Qeyd edək ki, valideyn iclasları 3 gün davam edəcək.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi